Ölkə 18:54 19.01.2021

"Lotu Quli"nin məzarı üstündə atışma: Ölən və yaralanan var

"Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə atışma olub.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Esenyurt rayonundakı məzarlıqda baş verən silahlı insident nəticəsində bir ölüb. Öldürülən Əli Həşimov ad-soyadlı azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Əli Həşimovu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb. Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.