Dünya 14:15 19.03.2020

Lukaşenki nədən Krımı Rusiya ərazisi hesab etmir? – Putinin izahı

Belarus Krımı Rusiya ərazisi kimi tanımaq istəmir, çünki Minsk Kiyevlə yaxşı qonşuluq münasibətləri qurmağı planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Krım ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. Görüşdə Rusiya prezidentinə bildirilib ki, Minsk Krımla dəmir yolu əlaqəsinin bərpasını iqtisadi cəhətdən səmərəsiz hesab edir.

"Belarusiyanın bunu etmək hüququ var, o, suveren, müstəqil bir dövlətdir. Belarusun özü üçün məqsədəuyğun və faydalı hesab etdiyi xarici siyasət yürütmək hüququ var", - deyən Putin Belarus və Rusiyanın qurduğu İttifaq Dövlətinin "iki fərqli beynəlxalq subyekt olduğunu" söyləyib. 
 
Alpər