Xəbər lenti

Lukaşenko COVİD-ə qarşı Belarus peyvəndi yaradıldığını elan etdi
Dünya 17:03 07.05.2021

Lukaşenko COVİD-ə qarşı Belarus peyvəndi yaradıldığını elan etdi

Belaruslu alimlər koronavirusa qarşı öz peyvəndlərini yaratmağa nail olublar. 

Qaynarinfo xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlama verib.

Lukaşenkonun dediyinə görə, peyvənd dünən əldə edilib. Lukaşenko bunun "fərqli bir peyvənd" olduğunu və Minskin indi satın aldığı peyvənddən fərqləndiyini bildirib. "Həkimlərin dediyi kimi, canlı peyvənd", - o deyib.

O, kovidin mutasiya etdiyini və "ştamın tamamilə dəyişəcəyini” nəzərdə tutaraq deyib ki, Belarus tələsməyəcək və baxacaq ki, "sabah-birisigün nə olacaq".
Xatırladaq ki, aprel ayında Lukaşenko koronavirus infeksiyasına qarşı Belarus peyvəndi yaradılması barədə əmr imzalamışdı.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->