"Bu mövzu mənim ailəmdə heç vaxt müzakirə edilməyib və müzakirə edilə də bilməz”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Milli Olimpiya Komitəsinin rəhbərliyini seçmək proseduru ərəfəsində hakimiyyəti böyük oğluna verməyi planlaşdırdığına dair fikirlərə münasibət bildirərkən deyib.
"Məndən sonra Belarusda mənim heç bir uşağım prezident olmayacaq", - prezident bildirib.
Lukaşenko MOK-un rəhbəri seçiləcəyi təqdirdə böyük oğlu Viktorun Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad ediləcəyini və dövlət qulluqçusu olmağa son verəcəyini də əlavə edib.
Xatırladaq ki, bundan bir qədər əvvəl Viktor Lukaşenkonun Belarus Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçildiyi bildirilmişdi.
Alpər
Şərhlər