Belarus Prezidenti Aleksander Lukaşenko Adolf Hitlerin "Mein Kampf" (Rusiya Federasiyasında ekstremist olaraq tanınan) əsərinin bu günə qədər aktual olaraq qaldığını deyib.
Qaynarinfo BELATA-ya istinadla xəbər verir ki, onun fikrincə Qərb hələ də nasist Almaniyasına rəhbərlik edən imperialist prinsiplərə sadiq qalır və Belarusa qarşı belə davranır.
"Onlar nasist idilər, nasist olaraq da qalırlar", - Lukaşenko deyib.
O, əlavə edib ki, "bu səbəbdən heç bir halda sakitləşməməliyik".
Lukaşenko ölkəsinin Litva ilə münasibətlərini nümunə göstərib və Litva təhlükəsizlik qüvvələrinin qanunsuz miqrantlara qarşı silahdan istifadə etməsi barədə məlumatları xatırladıb.
Alpər
Şərhlər