Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın siyasi fəalları ilə keçirdiyi görüşdə ölkədə növbəti prezident seçkisi məsələsinə toxunub.
Qaynarinfo xəbər verir ki, o, artıq 9 avqustda ölkədə seçki keçirildiyini və "nəticə əldə edildiyini" xatırladıb.
"Buradaca dayanaq. Yəqin ki, daha cəmiyyəti narahat etmək lazım deyil", - deyən Lukaşenko ölkənin yenilənmiş konstitusiya qəbul etdikdən sonra yeni seçkilərin və səsvermənin yeni Konstitusiyaya uyğun keçiriləcəyini bildirib.
Lukaşenko yeni Konstitusiyanı hazırlayarkən Belarusun gələcəkdə necə görünməsi barədə ortaq bir vizion formalaşdırmağın vacibliyini vurğulayıb.
Alpər
Şərhlər