Təhlükəsizlik Şurasının üzvləri ilə Belarusda davam edən etirazların müzakirəsi zamanı Aleksandr Lukaşenko ölkəyə təcavüzün başladığını elan edib.
Qaynarinfo xəbər verir ki, o, vətəndaşlardan "yem kimi istifadə edildiyini" iddia edərək xalqı küçələrə çıxmamağa çağırıb.
Lukaşenkoya görə, respublikada baş verən küçə etirazlarının arxasında Polşa, Hollandiya, Ukraynadan gələn əcnəbilər durur.
Şərhlər