Xəbər lenti

Maaş üstündə kütləvi dava
Ölkə 12:24 20.07.2013

Maaş üstündə kütləvi dava

Şəkinin Aşağı Göynük kəndində kütləvi dava baş verib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Vələt Hümbətov adlı şəxsə məxsus taxta sexində işləyən işçilər döyülüb. Buna səbəb onların öz maaşlarını tələb etmələri olub.

Əmək haqqlarını ala bilməyən işçilər öz haqlarını tələb etdikdə sexin digər işçiləri onlara küt alət və bıçaqla xəsarət yetirib. Nəticədə Aşağı Göynük kənd sakinləri - Rəhimov Taleh, Rəhmanov Məcnun, Abbasov Gündüz, Şabanov Habil, Yusifov Elman, Mustafayev Pərviz, Məmmədov Pərvin döyülüb.

Hadisə yerinə çoxlu sayda polis qüvvələri cəlb olunub. Dalaşanları ayıran zaman hadisə yerində olan Aşağı Göynük kənd sakini, polis leytenantı Abdulkərimov Adil müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların vəziyyəti ağır olmadığından onlar ilk olaraq polis şöbəsinə gətirilib. İfadələri alındıqdan sonra Şəki rayon Mərkəzi xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanların vəziyyəti normaldır və ilkin müayinədən sonra evə buraxılacaqlar.

Hadisə ilə əlaqədar Şəki şəhər polis şöbəsində araşdırmalara başlanılıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->