Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi "AVRO-2020"nin seçmə oyununun hakimləri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, UEFA oktyabrın 13-də baş tutacaq görüşü hollandiyalı hakimlər briqadasına tapşırıb.
Matçın baş hakimi Dennis Higler olacaq. Ona Yohan Balder və Yoost van Zuylen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Bas Niyhuys yerinə yetirəcək.
Qeyd edək ki, Budapeştdəki "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Şərhlər