AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçında vurduğu qolu hesaba alınmayan Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə "CBC Sport"a açıqlama verib.
22 yaşlı müdafiəçi matçdan sonra rəqib komandanın hücumçusu Adam Salai arasında maraqlı dialoq olub.
Mustafazadənin sözlərinə görə, macar oyunçu qolun təmiz vurulduğunu, ancaq qrupdan çıxmaq üçün qələbəyə ehtiyaclarının olduğunu deyib. Almaniyanın "Maynts" klubunun futbolçusu Avropa çempionatının final mərhələsinə yüksələcəkləri təqdirdə, Bəhlula hədiyyə göndərəcəyini deyib.
Macarıstan - Azərbaycan matçının (1:0) 90+3-cü dəqiqəsində niderlandlı baş hakim Dennis Hiqler Bəhlul Musstafazadənin topa əllə toxunduğunu əsas gətirərək, təmiz qolu qeydə almayıb. (Qafqazinfo)
Şərhlər