Dünya 20:45 03.06.2018

Maduro 40 siyasi məhbusu azad etdi: 2 deputat, müdafiə naziri...

Venesuelada həbsdə olan 40 siyasi məhbus azadlığa buraxılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, azad edilənlər arasında 2014-cü ildə xalqı hökümətə qarşı təşviqdə ittiham edilən 2 millət vəkili, sabiq müdafiə naziri də var. 

Cümə günü isə 39 müxalif azad edilmişdi.

Qeyd edək ki, ölkə rəhbəri Nikolas Maduro 20 mayda keçirilən növbəti prezident seçkilərinin qalibi olub. O, siyasi cəhətdən 2 yerə bölünmüş xalqı birləşdirmək üçün addımlar atacağını vəd etmişdi. Məhbusların azad edilməsi bu vədlər sırasına daxildir.

Gülşən