Avropa Parlamentinin Venesuelaya səfər edən 6 üzvü ölkəyə buraxılmayıb.
Qaynarinfo xəbər verir ki, Avropa sağ partiyasının 6 üzvü - ispaniyalı Qonzales Pons, Qabriel Mato Adrover, Xose İqnasio Salafranka, Xuan Salafranka, holland Ester de Lanqe, portuqaliyalı Paulo Ranxel Venesuelada saxlanılıb və onların pasportu alınıb. Özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş Xuan Quaydonun dəvəti ilə ölkəyə gələn parlament üzvləri daha sonra geri göndərilib.
Hökumətin açıqlamasına görə, addımın səbəbi səfərin konspirativ motivlərlə edilməsidir.
Qeyd edək ki, Venesuelada siyasi-qeyri sabitlik hökm sürür. Ölkə rəhbəri Nikolas Madurodur, lakin müxalifət lideri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib.
Gülşən
Şərhlər