Ölkə 21:06 22.06.2019

Magistratura üzrə ayrılan plan yerləri azaldılıb

Magistratura üzrə ayrılan plan yerləri azaldılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent” jurnalının 12-ci sayında bildirilib. 

2018-ci ildə  müsabiqəsi üçün nəzərdə tutulan plan yerləri Azərbaycan və rus bölmələri üçün ayrılan yerlərin hesabına artıb. Belə ki, ötən illə müqayisədə Azərbaycan bölməsində plan yerlərinin ümumi plandakı nisbi çəkisi 70.70%-dən 66.89%-ə qədər, rus bölməsində isə 3.41%-dən 2.53%-ə qədər azalıb, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin nisbi çəkisi isə 25.89%-dən 30.57%-ə qədər artıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə uyğun olaraq, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ölkəmizin bütün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul 2005- 2015-ci illərdə TQDK tərəfindən həyata keçirilib. 2016-cı ildən isə ali təhsilin bu səviyyəsi üzrə qəbulu Dövlət İmtahan Mərkəzi mərkəzləşdirilmiş qaydada həyata keçirir.