Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul elan ediləcək.
Bu barədə Qaynarinfo-ya Dövlət İmtahan mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.
Onun sözlərinə görə, boş qalan yerlərə qəbul 7-13 avqust tarixlərində aparılacaq.
Qeyd edək ki, ali məktəblərin magistraturalarına ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2257 nəfəri dövlət sifarişi, 4131 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 4101 nəfəri ali təhsil müəssisələrinin cari, 2287 nəfəri isə əvvəlki illərin məzunudur.
Bundan əlavə, 6 bakalavr idman sahəsi üzrə, 2 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.
Şərhlər