Bu yay "Qarabağ"dan ayrılaraq Polşanın "Legiya" klubuna keçən Mahir Emreli yeni komandasında ilk oyununa çıxıb.
"Qafqazinfo" xəbər verir ki, o, hazırda Avstriyanın 3-cü liqa təmsilçisi "Bisşofşofen" klubu ilə keçirilən yoxlama matçında start heyətində meydana daxil olub.
Mahirin yeni komandasında debütü uğurlu alınıb. Millimizin üzvü hazırda ilk hissəsisi başa çatan qarşılaşmanın 36-cı dəqiqəsinə kimi 3 qol vurub. O, 6, 22 və 36-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.
Şərhlər