İdman 18:09 10.05.2019

Mahir Mədətov soyadını və atasının adını rəsmən dəyişdi (FOTO)

"Qarabağ”ın və millimizin futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alıb.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, futbolçu Mədətov soyadı ilə yanaşı, atası Anarın da adından imtina edib. Onun soyadı Emreli, ata adı isə Mahir olaraq qeyd olunub.

Mahirin bu addımına səbəb son günlər ailəsində yaşanan problemlərlə bağlıdır. Futbolçunun atası, prodüser Anar Mədətov anasından boşanmamış, başqa xanımla ailə həyatı qurmağa hazırlaşır.