“Neftçi” müdafiəçi Mahir Şükürovla daha 1 il müddətinə müqavilə bağlayıb.
Vitse-kapitan bununla bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb: “Bu çempionluq mənim üçün xüsusilə əlamətdar oldu. Çünki karyeramda ilk qızıl medalları “Neftçi”nin heyətində əldə etdim. Ölkə kubokunu da qazanaraq, qızıl dubl etmək şansımız var. Bununla yanaşı, Azərbaycan futbol tarixində ilk dəfə olaraq avrokuboklarda qrup mərhələsində oynadıq. Flaqmanla yeni anlaşmaya gəlincə, buna görə özümü çox xoşbəxt hiss edirəm. Klub rəhbərliyinin göstərdiyi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ağ-qara formanı geyinmək həm böyük şərəf, həm də məsuliyyətdir. Əsas məqsədimiz avrokuboklardakı uğurumuzun davamını gətirməkdir”.
Qaynar.info
Şərhlər