Xəbər lenti

Dünya 14:22 02.11.2023

Makron Mirziyoyevə Aİ ilə saziş üzrə Özbəkistanı dəstəkləyəcəyinə söz verdi

Fransa prezidenti Emmanuel Makron Özbəkistanın Avropa İttifaqı ilə genişləndirilmiş tərəfdaşlıq sazişinin imzalanması və Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması istiqamətində səylərini dəstəkləməyə hazır olduğunu bildirib. Makron bu barədə Səmərqənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşdə bildirib.

Qaynarinfo Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Makron və Mirziyoyev danışıqlar zamanı Avropa İttifaqı ölkələri tərəfindən inkişaf etdirilən yaşıl enerji, xammalın hasilatı və email, kənd təsərrüfatı, su təchizatı, logistika və turizm sahələrində yeni layihələrin təşviqi üzrə tədbirləri də müzakirə ediblər.

"Siyasi dialoqun davam etdirilməsinin, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin, yaranan çağırış və təhdidlərə effektiv mübarizənin vacibliyi vurğulanıb”, deyə mətbuat xidməti əlavə edib.

Qeyd edək ki, Emmanuel Makron ilk dəfə Özbəkistana səfər edib. Bir gün əvvəl, noyabrın 1-də Fransa prezidenti Qazaxıstana gəlib və orada ölkə prezidenti Kasım-Comart Tokayevlə danışıqlar aparıb. Səfər nəticəsində tərəflər altı saziş, o cümlədən strateji mineral xammal, o cümlədən uran üzrə əməkdaşlıq haqqında bəyannamə imzalayıblar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->