Fransa prezidenti Emmanuel Makronun Rusiya-Ukrayna müharibəsində irəli sürdüyü "qismən atəşkəs" ideyası daha geniş razılaşma üzrə danışıqlara zəmin yarada və Moskvanın öhdəliklərə əməl etməyə hazır olub-olmadığını yoxlamağa imkan verə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro BFMTV-yə
açıqlamasında deyib.
"Səmada, dənizdə və enerji infrastrukturunda atəşkəs Vladimir Putinin buna razılıq verdiyi halda onun xoş niyyətini təsdiqləyə bilər. O zaman real sülh danışıqları başlaya bilər. Çünki biz sülh istəyirik – lakin etibarlı və uzunmüddətli sülh", - o bildirib.
Barro deyib ki, Makron və Britaniya baş naziri Kir Starmerin "qismən" atəşkəs təklifi – səmada, dənizdə və enerji infrastrukturuna hücumların dayandırılması – ilkin razılıq kimi nəzərdən keçirilə bilər və gələcək danışıqlar üçün əsas ola bilər.
Xatırladaq ki, Londonda keçirilən sammitdən sonra Makron və Starmer Rusiya ilə Ukrayna arasında döyüşlərin "qismən" dayandırılması ideyasını təklif ediblər.
Makron qeyd edib ki, bu cür atəşkəsin yerinə yetirilməsini ölçmək və nəzarət etmək mümkün ola bilər. O, quru cəbhəsinin çox geniş olduğu üçün tam atəşkəsin monitorinqinin daha çətin olduğunu vurğulayıb.
Alpər
Şərhlər