Dünya 14:16 06.06.2018

Makron Trampla görüşünü şərh etdi: sosiska kimi...

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Tramp barədə qeyri-adi ifadə işlədib.

Qaynarinfo xəbər verir ki, Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə təşkil etdiyi mətbuat konfransında ABŞ prezidenti ilə ötən həftəki telefon görüşü barədə verilən sualı cavablandırıb. O, Trampla telefon danışıqlarının "sosiska kimi" olduğunu deyib:

"Bismarkın dediyi kimi, əgər insanlar sosiskaların necə hazırlandığını bilsəydi, onu yeməzdi. Buna görə də, insanların yeməklərin hazırlanma prosesini yox, onların son halını görmələrini istəyirəm".

Qeyd edək ki, Makron daha əvvəl ABŞ-ın "first lady"si barədə "ləzzətli" ifadəsini işlətmişdi.

Gülşən