Xəbər lenti

Makron Ukraynaya qoşun göndərmək imkanını nə vaxt nəzərdən keçirə biləcəyini açıqladı
Dünya 12:45 21.02.2025

Makron Ukraynaya qoşun göndərmək imkanını nə vaxt nəzərdən keçirə biləcəyini açıqladı

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı qərar dərhal qəbul olunmayacaq və bunun üçün əvvəlcə sülhün təmin edilməsi lazımdır.

Qaynarinfo "Avropa Pravda"sına istinadla xəbər yayıb.

Makron vurğulayıb ki, o, "sabah" Ukraynaya əsgər göndərmək niyyətində deyil və yalnız sülh əldə olunandan sonra onu "qorumaq" üçün bu addımı ata bilər.
"Xeyr, mən sabah Ukraynaya qoşun göndərmək qərarı qəbul etməmişəm. Biz qoşun yeritmək imkanını nəzərdən keçiririk ki, o, danışıqlar yolu ilə əldə edilən sülhü təmin edə bilsin", – deyə o, sosial şəbəkələrdə internet istifadəçiləri ilə ünsiyyəti zamanı bildirib.

Makron əlavə edib ki, Avropa liderləri hazırda Ukraynaya qoşun göndərilməsi məsələsini müzakirə edirlər və bu addım gələcəkdə Rusiyanın yeni hücumunun qarşısını almaq məqsədi daşıyır.

Bundan əvvəl Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsi ideyasını dəstəklədiyini bildirmişdi, lakin bunun yalnız çox məhdud miqyasda və münaqişə zonalarından uzaqda baş verə biləcəyini vurğulamışdı.

Bu arada, Britaniyanın The Times qəzeti yazıb ki, Böyük Britaniya Ukraynaya Typhoon qırıcılarının göndərilməsini və onların hava patrul missiyasını həyata keçirməsini nəzərdən keçirir.

Britaniya tərəfinin fikrincə, belə bir addım Ukrayna ərazisində çoxlu sayda qoşun yerləşdirilməsinin qarşısını almağa kömək edə bilər.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, NATO üzvü olan dövlətlərin hərbi qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsi Rusiya üçün qəbuledilməz olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->