Dünya 14:48 09.12.2018

Makron üzr istəyəcək və vergi endirimləri edəcək

Fransa prezidenti Emmanuel Makron "sarı jiletlilər"dən üzr istəyəcək.

Qaynarinfo xəbər verir ki, hökumət sözçüsü növbəti həftə prezidentin yeni elanla çıxış edəcəyini açıqlayıb. Makron TV vasitəsilə danışaraq baş verən hadisələrə görə üzr istəyəcək və vergi endirimini açıqlayacaq.
 
Bu günə qədər 2000-ə yaxın şəxs həbs edilib, 100-dən çox insan yaralanıb.

Qeyd edək ki, Fransa xalqı 17 noyabrdan bəri yanacaq vergisinə tətbiq edilən qiymət artımına etiraz edir. "Sarı jiletlilər" aksiyası adlanan nümayişlərdən sonra verginin ləğv edildiyi açıqlansa da, etirazçılar prezidentin istefasını və iqtisadi islahatlar tələb edir. 

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!