Xəbər lenti

Maksim Qalkin Putindən elə sözlər dedi ki... (VİDEO)
Video 11:53 11.11.2019

Maksim Qalkin Putindən elə sözlər dedi ki... (VİDEO)

"Putin Brejnevdən daha uzun müddətdir hakimiyyətdədir. İnsanlar artıq elə düşünür ki, prezidentlik vəzifəsinin adı elə Putindir. Əlbəttə, o, sizdən və məndən daha yaxşı düşünür. Artıq Putinin rusiyalılardan da, hər dörd ildən bir dəyişən dünya liderlərindən canı sıxılır, bezib. Ancaq almanlar Merkeli çoxdan yaddan çıxarıblar, elə oturub ki otutub”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Novosibirskdə çıxış edən rus parodisti, yumorist və şoumen Maksim Qalkin deyib.
 
O, Rusiya Federasiyasının prezidentinin çox müdrik olduğunu, adi ruslardan daha fərqli düşündüyünü qeyd edib.

Qalkinin sözlərinə görə, Putinin pensiya, əməkhaqqı, mənzil və kommunal xidmətlər kimi cansıxıcı problemləri olan rusiyalılardan canı sıxılır:
 
"Putin hər şeyi düşünür, o, hətta durnaların yumurtalarını hara qoymalı olduğunu da bilir”.
 
Parodist konsertdə onu da deyib ki, Rusiya televiziyalarına Sovet vaxtlarının senzurası yenidən qayıdıb. Yumoristin bu sözləri ermənipərəst aparıcı Vladimir Solovyova xoş gəlməyib və ona Rusiyada senzuranın qanunla olunduğunu izah etməyə çalışıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->