Xəbər lenti

Manaf Ağayev Fədayə Laçının ailəsi ilə bağlı şok fakt açıqladı (VİDEO)
Video 12:55 18.01.2018

Manaf Ağayev Fədayə Laçının ailəsi ilə bağlı şok fakt açıqladı (VİDEO)

Hazırda həbsdə olan Fədayə Laçının ailəsi kirayə qaldığı evdən çıxarılır.

Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "Hər şey daxil” verilişində söyləyib.

"Bunun yeri deyildi, amma dözə bilmirəm, deyirəm. Düz gecə saat 2-yə qədər onlarda olmuşam. Evlərinin işıqlarını kəsiblər. Kirayə qaldıqları evdən çıxardırlar. Yəqin, imkanları, çörək qazananları olmadığından işıq pullarını verən yoxdur. Kirayədə qalırlar. Onların vəziyyəti yaxşı deyil. Başqa kimləri var ki? Bir elli kimi evlərinə getdim, hər şeyi yoluna qoyub gəldim”, – deyə müğənni bildirib.

Xatırladaq ki, Fədayə Laçın kriminal avtoritet, "Qoca” ləqəbli Etibar Məmmədovun qaçmasında şübhəli bilinərək həbs edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->