Argentina millisinin və İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted"in futbolçusu Lisandro Martineslə bağlı üzücü xəbər verilib.
Qaynarinfo-nun məlumatına görə, təcrübəli futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Mançester təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı müdafiəçi apreldəki zədəsini yeniləyib. O, sentyabrın 3-də "Arsenal"la matçda özünü yaxşı hiss etməyib. Buna baxmayaraq, növbəti turda "Brayton", Çempionlar Liqasında isə Almaniya "Bavariya"sı ilə görüşlərdə meydana çıxıb.
Martines Niderland təmsilçisi "Ayaks"dan "Mançester Yunayted"ə ötən il transfer olunub. O, 2022-ci ildə Argentina yığması ilə Qətərdəki dünya çempionatının qalibi olub.
Səbuhi Həsənov
Şərhlər