Xəbər lenti

Maradona oyun zamanı narkotik maddə qəbul etdi (VİDEO)
Video 18:39 19.02.2020

Maradona oyun zamanı narkotik maddə qəbul etdi (VİDEO)

"Ximnasiya və Esqrima"nın baş məşqçisi Dieqo Maradona Argentina çempionatının 20-ci turunda "Rosario Sentral" ilə oyun zamanı şübhəli hərəkəti ilə diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, görüşün gedişində köməkçisi 60 yaşlı mütəxəssisə naməlum maddə gətirib. Bundan sonra əfsanəvi hücumçunun bütün köməkçiləri onu kameralardan gizlədiblər. 

Baş verənlərin bu cür gizlədilməsi Maradonanın narkotik maddə qəbul etməsi gümanını yaradır. Çünki əfsanəvi futbolçu narkotika aludəçisi olduğunu dəfələrlə etiraf edib.

Qeyd edək ki, Maradona futbolçu karyersı zamanı narkotik maddə qəbul edib. Karyerasını bitirdikdən sonra da o, zərərli vərdişindən əl çəkməyib. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->