Əfsanəvi argentinalı futbolçu Diyeqo Armando Maradona növbəti dəfə qalmaqallı müsahibə verib.
Milli.az "goal.com"a istinadən xəbər verir ki, FİFA-nın Peleyə verdiyi "20-ci əsrin ən yaxşı futbolçusu" mükafatını Maradona qəbul etmir, onun fikrincə, əsrin futbolçusu özüdür.
"2000-ci ildə azarkeşlər 20-ci əsrin ən yaxşı futbolçusu kimi məni seçdilər. Pele ikinci oldu, o hətta Braziliyanın ən yaxşı idmançısı da seçilməyib, Airton Senneyə məğlub olmuşdu.
FİFA-nın Peleyə verdiyi mükafat hətta nəcisin bir parçasına da dəymir", - Goal.com Maradonanın sözlərini sitat gətirir. Həmçinin argentinalı FİFA-nın prezidenti Zepp Blatteri və bütün rəhbərliyi təhqir edib. Maradona qeyd edib ki: "Onlar o qədər qocadırlar ki, hətta avtomobil də sürə bilmirlər, çoxlarının isə 95 yaşı var”.
Xatırladaq ki, 2000-ci ildə FİFA qərar verərək, "Əsrin yaxşı futbolçusu" adını iki nəfərə birdən - Pele ilə Maradonaya - layiq görmüşdü, lakin azarkeşlərin səsverməsində argentinalı futbolçu 53% toplayaraq qalib gəlmişdi.
Əvvəllər isə Maradona bildirmişdi ki, futbol tarixinin ən yaxşı futbolçusu "Barselona”nın forvardı Lionel Messi olacaq.
Qaynar.info
Şərhlər