Dünya futbolunun əfsanəsi Dieqo Maradona öz qızını həbs etdirmək istəyir.
Qaynarinfo xəbər verir ki, veteran futbolçu qızı Gianninaya qarşı məhkəmə iddiası qaldırır.
Bildirilir ki, Maradona keçmiş həyat yoldaşı və Gianninanın anası Klaudia Villafane ilə boşanarkən qızını məhkəmədə anasının leyhinə yalançı şahidlik etməkdə günahlandırır. O, vəkillərinə qızının həbs olunması üçün məhkəmə iddiası qaldırmaq məqsədi ilə səlahiyyət verib.
Maradona 3,8 milyon avro aliment ödəməyə məcbur olduğu məhkəmə qərarına görə Gianninanı günahlandırır və onun həbsini istəyir. Vetaran futbolçunun qızı isə iddialara "Twitter" hesabından cavab verib.
"O (Maradon) mənim harada yaşadığımı bilir. Nə zaman istəsə, o zaman gələ bilir" deyən Giannina pis davranışlarına görə atasından incimədiyini və onu bağışlamağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Giannina "Mançester Siti"nin ulduzu Serxio Aquero ilə evlidi.
Şərhlər