Video 19:54 21.04.2021

Mariya Stadnik Avropa çempionatının finalında (VİDEO)

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

50 kq-da mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 10:4 hesabı ilə qalib gələn 2 qat dünya və 7 qat Avropa çempionu adını finala yazdırıb.

Onun həlledici qarşılaşmadakı rəqibi Miqlena Selişka (Bolqarıstan) olacaq.