ABŞ dövlət katibi Marko Rubio Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun istənilən vaxt ölkəsinə qayıda biləcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Rubio venesuelalı jurnalist Serxio Novelliyə müsahibəsində danışıb.
“Xanım Venesuela vətəndaşıdır və geri qayıtmaq üçün tam hüquqa malikdir”, deyən dövlət katibi əlavə edib ki, ABŞ hakimiyyəti onun təhlükəsizliyinin təmin olunmasını istəyir.
Maçadonun ölkəyə qayıtması məsələsi yanvar ayında ABŞ-ın Venesuela lideri Nikolas Maduronu ələ keçirməsindən sonra dəfələrlə gündəmə gəlib. ABŞ Prezidenti Donald Tramp onun ölkənin siyasi həyatında iştirak etməsini “çox istədiyini” bildirib. Mariya Korina Maçado da Venesuelaya qayıtmaq planlarından danışıb. Bir çox analitik qeyd edib ki, Ağ Ev daha çox Venesuelanın keçmiş prezidentinin ətrafındakı şəxslərə güvənir və Maçadodan “məyus olub”.
Ötən həftə ABŞ Prezidenti Donald Tramp “dünya tarixində ən böyük neft sazişi” barədə açıqlama verib. Saziş ABŞ-ın Venesuela neftinin əhəmiyyətli hissəsinə nəzarət etməsini nəzərdə tutur. Bundan sonra ölkə hakimiyyəti bir sıra şirkətlərlə neft hasilatına dair sazişlər imzalayıb. Onların arasında “Chevron” və “Eni” də var.
Aydın
Şərhlər