Marmara adasındakı yanğın nəzarət altına alındı

Marmara adasındakı yanğın nəzarət altına alındı

Türkiyənin Marmara adasında meşə yanğını nəzarət altına alınıb.

Qaynarinfo xəbər verir ki, 10 saat davam edən yanğını söndürmək üçün əraziyə 110 yanğınsöndürən cəlb edilib. Hadisə zamanı 80 hektar sahə zərər görüb, 5 ev və 1 nəqliyyat vasitəsi yanıb. Şübhəli şəxs qismində bir nəfər həbs edilib.

Yanğın yaşayış məntəqəsinə çatdığı üçün yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, turistlər evakuasiya edilib.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR