Xəbər lenti

Marsda tərəvəz yetişdirdilər
Texnologiya 19:03 18.09.2017

Marsda tərəvəz yetişdirdilər

ABŞ-ın Havay ştatında yerləşən Mars simulyasiyasında 6 alimin təcrübə dövrü başa çatıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 2500 metr yüksəklikdə - Mauna Loa dağındakı mərkəzdə 4 kişi və 2 qadın alim 8 ay ərzində uzun müddətli kosmik səyahətin astronavtlara necə psixoloji təsir göstərməsini araşdırıb.

Təcrübədə iştirak edən şəxslər dondurulmuş, qurudulmuş və bu müddətdə özləri tərəfindən yetişdirilən tərəvəzlərlə qidalanıb.

Proqramın səlahiyyətli nümayəndəsi Samuel Peylor bildirib ki, əldə edilən təcrübə və məlumatlar gələcəkdə ediləcək kosmik və Mars səyahətlərində istifadə ediləcək. 

NASA-nın dəstək verdiyi təcrübə proqramında bioloq Coşua Erlik təzə kök, bibər, kahı, xardal, qırmızı turp, pomidor, kartof, cəfəri, kəklikotu yetişdirməyi bacarıb. 

8 ay müddətində qrup üzvlərinin stresslə mübarizə məqsədilə virtual gerçəklik cihazları ilə fərqli mühitdə hiss etmələri təchiz edilib. 

Qeyd edək ki, ərazidə 2016-cı ildə də oxşar təcrübə həyata keçirilmişdi.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->