Hər il ənənəvi olaraq fevral ayının sonuna doğru avtomobil satışında artım olsa da, bu il bazarda elə də canlanma yoxdur. Satıcılar alıcı azlığından, alıcılar isə qiymətdən narazılıq edirlər.
Maşın bazarında durğunluq yaşanır. Minlərlə maşın satışa çıxarılsa da, alıcı çox azdır.
Buna baxmayaraq, satıcılar yanvar ayından sonra qiymətləri qaldırıblar. Alman maşınlarının minimum qiyməti 10 min manatdan başlayır. İlindən asılı olaraq qiymətlər artır.
Son həftələr bazarda Fransa istehsalı olan maşınların da sayı durmadan artıb. İstehsal ili 2006-dan yuxarı olan avtomobillər həm də dizel mühərriklə çalışır. Xüsusən şəhər içində bu avtomobillərdən istifadə əlverişli hesab edilir.
Alıcılar isə öz növbəsində qiymətlərin bahalığından narazıdırlar. Qiymətlərin hətta süni şəkildə qaldırıldığını düşünənlər də var.
Satıcılar isə qiymətlərin enməyəcəyini deyirlər. (Xəzər TV)
Şərhlər