Yanvar ayında Bakıda maşın bazarında qiymətlərin azalması müşahidə olunub. Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
R.Osmanlı bildirib ki, 2017-ci ilin dekabr ayında avtomobil bazarında daha çox qiymət artımı müşahidə olunmuşdu. Amma ötən ilin dekabrı ilə müqayisədə 2018-ci ilin yanvar ayında qiymətlər təqribən 6.5 faiz azaldı. Ümumilikdə isə son dövrlərdə avtomobil bazarında qiymətlərin artması müşahidə olunmaqdadır:
"Onun da səbəbləri bazarda baş verən proseslərlə əlaqədardır. Yəni aksiz vergisinin artırılması, idxalın müəyyən mənada azalması buna təsir edir".
R.Osmanlının sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil bazarında qiymətlərdə təqribən 20 faizdən artıq bahalaşma müşahidə olunub. Ekspert bildirib ki, bahalaşma qiyməti 40 min manata qədər olan avtomobillərdə daha çox özünü göstərib.
Şərhlər