Xəbər lenti

Video 22:03 12.12.2018

"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI

Reytinqli verilişlərdən biri olan "Maşın Şou”nun 17-ci buraxılışı sabahdan etibarən ATV kanalında yayımlanacaq.

Lakin veriliş yayımlanmamışdan öncə proqram haqda bir sıra iddialar irəli sürülüb.

Belə ki, verilişin 2006-cı ildə iştirakçılarından biri olan müğənni Cavan Zeynallı "Maşın Şou"da bəzi saxtakarlıqların olduğunu iddia edir.

O, Open.az-a açıqlamasında səsvermənin süni yolla idarə olunduğunu vurğulayıb.

C.Zeynallı həmçinin layihə rəhbəri, şounun aparıcısı Murad Dadaşovun iştirakçıların qərarlarına müdaxilə etdiyini dilə gətirib.

Cavan Zeynallının sözügedən səsyazısını təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->