Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov avtomobillə ehtiyatsızlıqdan oğlu 4 yaşlı Ayxanı vurub.
Qaynarinfo DİN-ə istinadən xəbər verir ki, aprelin 17-də saat 17 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətində "Range Rover” markalı avtomobili arxaya sürərkən oğlu 4 yaşlı Ayxanı vurub və nəticədə uşaq hadisə yerində ölüb
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Şərhlər