İsraildə ilk dəfə koronavirusun "Braziliya” və "Çili” variantları meydana çıxıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Eyni zamanda İsrail vətəndaşı olmayan 19 nəfərdə koronavirusun "Hindistan” ştammı da aşkarlanıb. Bununla da ölkədə ümumilikdə bu ştamm 60 nəfərdə qeydə alınıb.
Xatırladaq ki, İsraildə aprelin 18-dən açıq havada maska taxma qadağası ləğv edilib.
Şərhlər