Dünya 14:47 29.05.2020

Maskasız rus qadın bazarda polis işçisini dişlədi

Bir polis məmuruna təcavüz etməkdə günahlandırılan Mari El sakininə qarşı cinayət işinin başladılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda İstintaq Komitəsi mediaya açşıqlamasında bildirib.

İstintaqın məlumatına görə, 28 mayda rayon polis məmuru, vəzifəsini yerinə yetirərkən Paranqa kəndinin bazarında maska olmadan növbədə dayanan bir qadını görüb. Polis əməkdaşı 38 yaşlı vətəndaşa inzibati xəta etdiyini izah etməyə çalışsa da, xanım sənədlərini təqdim etməkdən imtina edib və növbədən çıxmaq istəyib. 

Polis ona yaxınlaşanda qadın onun sağ əlinin biləyini dişləyib.

Vətəndaşa qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.

Alpər