Texnologiya 18:26 19.02.2018

Maskın Marsa göndərdiyi maşın dünya ilə toqquşa bilər

Məşhur amerikalı mühəndis Elon Maskın kosmosa göndərdiyi "Tesla Roadster" maşınının dünya ilə toqquşma ehtimalı var.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ötən ay "Falcon Heavy" raketi ilə Marsa göndərilən elektrik maşınının səfərinin uğurlu ola bilmə ehtimalı 50% qiymətləndirilmişdi. Demək olar ki, uğurla həyata keçirilən sınaq nəticəsində "Tesla" kosmosda səyahətinə davam edir. Növbəti 2 milyon il ərzində maşın 6% ehtimalla dünya ilə, 2.5% ehtimalla isə Venera ilə toqquşa bilər. Maşın 2091-ci ildə Yerə yaxın məsafədən keçəcək və onun planetimizlə toqquşma ehtimalı 3 milyon il sonra 10% olacaq. 

Alimlər "Tesla Roadster"in milyonlarla il ərzində hansısa planetlə toqquşma ehtimalını 50% qiymətləndirir.

Gülşən