İstirahətə gedən hər bir insan təmiz suda çimmək və ağ qumda əylənmək istəyir. Dənizlərin və çimərliklərin bu keyfiyyətinə hər ölkə sahib deyil, amma bəziləri buna nail olub.
Qaynarinfo Avropanın ən təmiz dənizini və "Mavi Bayraq"lı imərlikləri təqdim edir:
Ən təmiz dəniz və çimərliklər
Çimərliklərin təhlükəsizliyi və ekoloji təmizliyi Ekoloji Təhsil Fondu (FEE) tərəfindən tənzimlənir. Fond qiymətləndirmə aparır və əgər yer normalara cavab verirsə, "Mavi Bayraq" sertifikatı verir. Bu sertifikata sahib olan istirahət yerləri əlçatan, təmiz, turistlər üçün rahat hesab olunur və mənzərələri ilə heyrətləndirir.
1. Playa-de-Rodas
İspaniyanın Cies adalarında ağ qum və açıq firuzəyi rəngdə suya sahib çimərlik var. Onu unudulmaz mənzərələri, "yumşaq" günəşi və xoş atmosferinə görə tez-tez Karib ilə müqayisə edirlər. "World Tourism Forum"un reytinqində bu çimərlik birinci yeri tutur. Bundan əlavə, nəşr yazır ki, İspaniyada "Mavi Bayraq" sertifikatlı çimərliklərin sayı dünyada ən çoxdur. Ümumilikdə 640 yer sertifikat alıb və turistlər onlardan hər hansı birini ziyarət edə bilər.
2. La Konça
Reytinqdə ikinci yeri tutan, ən təmiz dənizin olduğu çimərlik də İspaniyada, lakin San-Sebastian kurort şəhərində yerləşir. Bu klassik şəhər çimərliyidir və heyrətamiz gözəllikdə panorama təqdim edir. Yaxınlıqda gecələr gəzmək üçün kənara çıxa biləcəyiniz canlı bir sahilyolu var. Burada incə ağ qumda xoş istirahət və göy rəngli dənizdə çimdikdən sonra gəzintiyə çıxmaq mükəmməldir.
3. Playa-de-Muro
Siyahıda üçüncü yerdə olan çimərlik də İspaniyada - Mayorkada yerləşir. Bu yerləşdiyi Balear adaları tək səyahət edən turistlərə, həm də uşaqlı ailələrə mütləq xoş gələcək. Playa-de-Muroda su təmizdir, lakin dənizin özü dayazdır və mənzərələri gözəldir.
4. Pampelona
Fransanın Lazu Sahili (French Riviera) barədə mütləq hamı eşidib - bu, yüksək gəlir səviyyəsinə malik insanların seçdiyi qləmurlu yerdir. Lakin adi turist də bura gəlib istirahət edə bilər. Dünyada ən təmiz dənizin Fransada harada olduğunu bilmirsinizsə, bu mütləq Fransanın Pampelon çimərliyidir. Kristal təmiz su və isti ağ qumdan əlavə, sahil boyu çoxlu plyaj klubları var ki, bu da mütləq gecə həyatını sevənlərə uyğun gələcək.
5. Çıralı çimərliyi
Türkiyəyə gedən turistlər tez-tez məqbul qiymətləri, çoxlu "hər şey daxil" otelləri və təmiz çimərlikləri səbəbindən Antalyaya üz tuturlar. Lakin Çıralı çimərlikdə əylənməyi sevən hər kəs üçün başına gələ biləcək ən yaxşı şeydir. Günəşlənməyi və mənzərənin zövqünü çıxarmağı sevənləri sakit, təbii liman, qızılı rəngli tamamilə təmiz qum, göy rəngli isti dəniz və təsirli təbii gözəlliklər qarşılayacaq.
Aydın
Şərhlər