Mebel ustası kimi icazə alıb Qubaya gedən şəxslər oğurluq etdi (FOTOLAR)

Mebel ustası kimi icazə alıb Qubaya gedən şəxslər oğurluq etdi (FOTOLAR)

Xüsusi icazədən istifadə edən oğurar saxlanıldılar.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs saxlanılıb.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verin sənəd vasitəsi ilə tərk edərək Qubaya gediblər və orada oğurluq hadisəsini törədiblər.

Qeyd olunan faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR