Ölkə 20:20 13.07.2019

Məcburi köçkünlər üçün yeni qəsəbələr tikiləcək

"Bu il Komitə tərəfindən 3700-dən bir qədər çox ailə üçün qəsəbələr tikiləcək”. 

Qaynarinfo "Sputnik"ə istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə müsahibəsində deyib.

"Qəsəbələr Bakıda və Azərbaycanın digər rayonlarında tikiləcək. Növbət ildə planlaşdırılan tikililər üçün Prezidentə müraciət olunacaq. Prezidentin tapşırıqlarına uyğun atacağımız addımlar bəlli olacaq. Çalışacağıq ki, insanlara daha çox kömək edək”, - deyə Rövşən Rzayev bildirib.