"ATV maqazin onlarla" verilişinin müsahiblərindən biri aktrisa Naidə Orucova olub.
"Qaynarinfo" milli.az-a istinadən xəbər verir ki, xeyli müddətdir efirlərdə görünməyən tanınmış aktrisa son halıyla görənləri təəccübləndirib. 26 kilo arıqlayan aktrisa "Hara gedirəm heç kim tanımır. Hamı baxır-baxır, üstündən 15-20 dəqiqə keçəndən sonra deyirlər "Uy... Naidə xanım, bu sizsiniz?" deyib.
Ağır xəstəlikdən əziyyət çəkdiyi iddia edilən aktrisa şayiələrə də son qoyub:
"İraq olsun, xəstəliyim yoxdur. Mədəmdən əziyyət çəkirdim, sadəcə. Qurtulmaq üçün mədəmdən əməliyyat olundum. Mən özümü çox gözəl hiss edirəm".
Qaynarinfo.Az
Şərhlər