Xəbər lenti

İdman 20:23 14.01.2022

Mədət Quliyevin federasiyasında baş katib seçildi

Bu gün müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin sədrliyi ilə qurumun İcraiyyə Komitəsinin növbədənkənar iclası olub.

Qaynarinfo xəbər verir ki, tədbir zamanı AzVİF-in baş katibi postuna namizədliyi irəli sürülən Elnarə Musayevanın bu vəzifəyə seçilməsi ilə bağlı İcraiyyə Komitəsi üzvlərinin səsverməsi keçirilib.

Komitə üzvləri yekdilliklə Elnarə Musayevanın Federasiyaya baş katib seçilməsinə səs veriblər.

Daha sonra Federasiya prezidenti yeni idman direktoru, ukraynalı mütəxəssis Oleq Berezovskini tədbir iştirakçılarına təqdim edib.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?