Xəbər lenti

Ölkə 09:47 23.06.2019

"Megafun"da partlayış: tanınmış müğənni və övladı xəsarət aldı

"Megafun" əyləncə mərkəzində hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonu A. Cəlilov 96 ünvanında yerləşən "Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində insident baş verib. Məlumata əsasən, "Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma olub. 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, şarların partlaması nəticəsində 3 nəfər yanıq xəsarəti alıb.

53 yaşlı qadın və 54 yaşlı kişi (ər-arvad) hər iki ətrafın yanığı, 21 yaşlı oğlan isə sağ əlin yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Məlumata görə, daha 7 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Şarlarının partlaması nəticəsində xəsarət alan 10 nəfər arasında müğənni Ayan Babakişiyeva da olub. Musavat.com xəbər verir ki, o hadisə haqqında sosial şəbəkədə yazıb. İfaçı bildirib ki, xəsarət aldığı üçün ailə üzvləri ilə birlikdə xəstəxanaya yerləşdilən müğənni artıq evə buraxılıb:

"Bugünkü yanğında mən və ailəm də orda idik. Ən yaxın rəfiqəmin özəl günü idi. Mən həyatımda ən dəhşətli günü yaşayıram. O partlayış nə idi? Selena, anam, mən və ən yaxınlarım xəsarət alıb. Sadəcə bir möcüzə qurtardı hər kəsi. Restoranın FHN sularının açılması... Günah ora gələn animatorlarda oldu. Tək mənim balam yox, hər kəsin övladı xəsarət aldı. Xəstəxanadan indi gəldik evə. Allaha çox şükür deyirəm".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->