Azərbaycan Təhsil Nazirliyinin rəhbərinə yeni müavin təyinatı olub.
Qaynarinfo xəbər verir ki, müvafiq sərəncamla Məhəbbət Məhərrəm qızı Vəliyeva təhsil naziri Ceyhun Bayramovun müavini vəzifəsinə təyin edilib.
O bunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləyirdi.
Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.
1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə "XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.
Psixologiya üzrə fəlsəfə doktorudur.
2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib.
Təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
Şərhlər