İdman 15:55 13.07.2020

Məhkəmə "Mançester Siti"nin ÇL-də diskvalifikasiyasını ləğv etdi

İdman Arbitraj Məhkəməsi (CAS) "Mançester Citi” klubunun Çempionlar Liqasındakı diskvalifikasiyasını ləğv etməklə bağlı qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumat məhkəmənin saytına dərc edilib. Həmçinin, klub tərəfindən ödəniləcək cərimə 30 milyondan 10 milyon avroya endirilib.

UEFA fevral ayında maliyyə feyr-pleyi qaydalarını pozduğunu əsas gətirərək Mançester təmsilçisini iki il müddətinə avrokuboklardan uzaqlaşdırmış və 30 milyon avro dəyərində cərimələmişdi.

Qeyd edək ki, MS artıq Çempionlar Liqasına vəsiqəni təmin edib.

Alpər