Xəbər lenti

Məhkəməni süni intellektlə aldatmağa cəhd etdi: Hakimdən tarixi xəbərdarlıq
Dünya 19:07 16.10.2025

Məhkəməni süni intellektlə aldatmağa cəhd etdi: Hakimdən tarixi xəbərdarlıq

Kanadanın Kvebek əyalətində bir iş adamı məhkəməyə süni intellekt tərəfindən hazırlanmış saxta sənədlər təqdim etdiyi üçün 3 min 562 Kanada dolları məbləğində cərimələnib. 

Qaynarinfo xəbər verir ki, hakim Luk Moren bu addımı "məhkəməni yanıltmaq cəhdi” kimi qiymətləndirib.

Kvebek Ali Məhkəməsinin hakimi Luk Morenin açıqlamasına görə, iş adamı Jan Laprad Qvineyada vasitəçilik etdiyi üç helikopter və bir təyyarə ilə bağlı müqavilə mübahisəsində süni intellekt vasitəsilə hazırlanmış sənədlərdən istifadə edib. Lapradın təqdim etdiyi sənədlərdə gerçəkdə mövcud olmayan məhkəmə qərarlarına istinadlar, mənasız mənbələr və ziddiyyətli nəticələr yer alıb.

Hakim Moren bildirib ki, 2023-cü ildə hüquq ictimaiyyəti süni intellektlə yaradılmış materialların "dərindən insan nəzarətindən keçirilməli” olduğu barədə xəbərdarlıq alıb. Buna baxmayaraq, Lapradın məhkəməni aldatmaq cəhdi ciddi hüquqi pozuntu kimi qiymətləndirilib.

Məhkəmə qərarına əsasən, Laprad süni intellektlə yaradılmış saxta sənədlər təqdim etdiyinə görə 3 min 562 Kanada dolları cərimə ödəməlidir. Hakim Moren həmçinin belə halların məhkəmə sisteminin bütövlüyünə zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->