Xəbər lenti

Mehman Əliyev azadlıqda
Ölkə 13:12 11.09.2017

Mehman Əliyev azadlıqda

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxılıb.

"Qaynarinfo" xəbər verir ki, bu barədə az öncə Yasamal Rayon Məhkəməsi qərar verib. Mehman Əliyevlə bağlı həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Qeyd edək ki, Mehman Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunurdu. Sonuncu maddəyə görə o, 7 ilədək həbs edilə bilərdi, ancaq bu gün azadlığa buraxıldı.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->