Maqazin 14:48 08.02.2019

Məhşur aparıcı “Space”dən getdi

Teleaparıcı Mələk Heydərova işsiz qalıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Mələk "Space” TV-də aparıcısı olduğu "Hər səhər” proqramınından ayrılıb.

Artıq bu verilişi Günel Həsənzadə tək aparır. 



Mələyin sözlərinə görə, o, öz istəyi ilə bu qərarı verib. Buna səbəb isə onun əməliyyat olunmasıdır.

Qeyd edək ki, M.Heydərova uzun müddət televiziyadan uzaq olsa da, ötən il "Space” TV-də çalışmağa başlayıb. Onun əvvəl ki iş yeri ATV telekanalı olub. O, açıq-saçıq geyimlərinə görə telekanaldan uzaqlaşdırılmışdı.